EN

"Ayaks"ın Bakıya səfər planı BƏLLİ OLDU

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda "Qarabağ"la üz-üzə gələcək Niderlandın "Ayaks" klubunun səfər proqramı bəlli olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Amsterdam təmsilçisi dekabrın 8-də, axşam saatlarında paytaxtda olacaq. Dekabrın 9-da matçın keçiriləcəyi stadionda komandanın mətbuat konfransı və açıq məşqçi baş tutacaq. "Ayaks" matçdan sonra Niderlanda qayıdacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Chosen
8
1
ikisahil.az

2Sources