EN

ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında prioritet açıqlandı

BAKI, 5 dekabr. TELEQRAF

ABŞ-nin əsas marağı bütün Avrasiyada sabitliyi bərpa etmək üçün Rusiya-Ukrayna müharibəsinə son qoymaqdır.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir.

Qeyd edilir ki, Birləşmiş Ştatlar Rusiya-Ukrayna müharibəsinin sürətlə dayandırılması ilə bağlı danışıqların aparılmasını fundamental marağı hesab edir. ABŞ strategiyasına görə, bu, Avrasiya regionunu sabitləşdirmək və Rusiya ilə Avropa dövlətləri arasında münaqişə riskini azaltmaq üçün lazımdır.

Chosen
66
teleqraf.com

1Sources