BAKI, 5 dekabr. TELEQRAF
ABŞ-nin əsas marağı bütün Avrasiyada sabitliyi bərpa etmək üçün Rusiya-Ukrayna müharibəsinə son qoymaqdır.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir.
Qeyd edilir ki, Birləşmiş Ştatlar Rusiya-Ukrayna müharibəsinin sürətlə dayandırılması ilə bağlı danışıqların aparılmasını fundamental marağı hesab edir. ABŞ strategiyasına görə, bu, Avrasiya regionunu sabitləşdirmək və Rusiya ilə Avropa dövlətləri arasında münaqişə riskini azaltmaq üçün lazımdır.