EN

Lökbatanda idarəetmədən çıxan “Honda” hasara çırpıldı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 4-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Honda” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün yolayrıcının keçilməsi qaydasını pozması olub. Nəticədə o, qarşı tərəfdən gələn maşınla toqquşmamaq üçün sola manevr edib və bu zaman yol kənarındakı nişanı vuraraq hasara çırpılıb.

Hadisə zamanı nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.  

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
73
avtosfer.az

1Sources