EN

Erməni deputat:“Danışıqlar davam etsəydi, Laçın və Kəlbəcər Ermənistanda qalardı”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın üçüncü prezident Serj Sarkisyanın Rusiya Prezidenti Vladimir Putinə məktubunu digər tərəfin razılığı olmadan dərc etməsi yersizdir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu 5 dekabrda Milli Məclisdə ilin son ənənəvi brifinqində müxalifətçi millət vəkili, Ermənistan Respublika Partiyasının üzvü Hayk Mamicanyan bildirib.

Onun sözlərinə görə, əgər Azərbaycan referendumu təxirə salsaydı və ya tamamilə keçirməkdən imtina etsəydi, Laçın və Kəlbəcər əbədi olaraq ermənilərdə qalardı:

“Danışıqlar prosesi əvvəlki kimi davam etsəydi, bu ərazilər əbədi olaraq Ermənistan ərazisi olaraq qalardı”. 

O, həmçinin ATƏT-in 2019-cu il təklifinə toxunaraq qeyd edib ki, Paşinyanın o zaman danışıqlar prosesini faktiki olaraq dayandıran hərəkətlər edib:

“Bu, xüsusilə onun rezonans doğuran “Qarabağ Ermənistandır, nöqtə” açıqlamalarına aiddir”. 

Xatırladaq ki, sözügeədn məktubda Ermənistan rəhbərliyi münaqişənin Moskvanın vasitəçiliyi ilə Ermənistanın maraqlarına uyğun olaraq həll edilməsi arzusunu açıq şəkildə ifadə edib.

Chosen
22
1
cebheinfo.az

2Sources