EN

Suyun altında şahmat oynadılar: Karlsenin qalmaqallı rəqibi çempion oldu

Amerikalı qrossmeyster Hans Niman Keyptaunda keçirilən fristayl üzrə Böyük Dəbilqənin açılış mərasimində təşkil olunan nümayiş xarakterli sualtı şahmat yarışında qalib olub.

Publika.az xəbər verir ki, burada əsas yarış öncəsi dünyanın ən güclü şahmatçıları toplaşıb. Bu barədə "Reuters" məlumat yayıb.

Finalda Niman həmyerlisi Fabiano Karuananı məğlub edib. Oyunlar “Silo” otelinin hovuzunda baş tutub.

FIDE Dünya Kubokunun son qalibi olan özbək şahmatçısı Javohir Sindarov üçüncü yeri tutub.

"Diving Chess" adlanan format 2012-ci ildə London ixtiraçısı, ağıllı idman növləri olimpiadasının əsasını qoyan Eton İlfeld tərəfindən yaradılıb. Oyunda şahmatçılar gedişləri suyun altında nəfəs saxlayaraq edirlər.

Chosen
73
publika.az

1Sources