"İsrail ordusunun dünən Livanın cənubundakı bölgələrə həyata keçirdiyi hava hücumları ilə BMT Təhlükəsizlik Şurasının (BMTŞ) 1701 saylı qətnaməsi pozulub".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Livan Sülhməramlı Qüvvələrinin (UNIFIL) yaydığı açıqlamada bildirilib.
UNIFIL-in yaydığı yazılı açıqlamada, İsrailin dünən Livanın cənubundakı Caba, Mahruna, Baraşit və əl-Məcədil qəsəbələrinə hava hücumları təşkil etdiyinin müşahidə edildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, İsrail bu hücumlarla BMTŞ-nin 1701 saylı qətnaməsini pozub və tərəflərə 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəsə əməl etmələri çağırışı edilib.