EN

NATO-nun davamlı genişlənməsi barədə təsəvvürə son qoymaq lazımdır - Ağ Ev

ABŞ administrasiyası NATO-nun “daimi olaraq genişlənən alyans” kimi qiymətləndirilməsinin qarşısının alınmasını vacib hesab edir.

Redaktor.az xəbər verir ki, bu Ağ Evin rəsmi saytında dərc edilən ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında qeyd olunub.

Sənəddə bildirilir ki, Vaşinqtonun əsas məqsədlərindən biri “NATO-nun davamlı şəkildə genişlənməsi barədə təsəvvürə son qoymaq və belə inkişafın qarşısını almaqdır”.

Strategiyada həmçinin vurğulanır ki, “ABŞ-nin bütün dünya nizamını təkbaşına daşıdığı dövr artıq arxada qalıb”.

Qeyd olunur ki, ABŞ-nin çoxsaylı müttəfiq və tərəfdaşları arasında öz regionlarında daha böyük məsuliyyət götürməli və kollektiv müdafiəyə daha ciddi töhfə verməli olan “onlarla varlı və inkişaf etmiş ölkə” mövcuddur.

Sənəddə ABŞ-nin digər prioritetləri arasında “Ukraynada döyüşlərin tez bir zamanda dayandırılması istiqamətində danışıqların aparılması”, eləcə də Rusiyanın digər Avropa ölkələri ilə qarşıdurma riskinin azaldılması da yer alır.

Yeni strategiyada Avropa ölkələrinin Rusiyanı “ekzistensial təhdid” kimi gördüyü, Moskva ilə münasibətlərin tənzimlənməsinin isə ABŞ-nin diplomatik iştirakını tələb etdiyi bildirilib. Eyni zamanda, Vaşinqtonun Rusiya ilə münasibətlərdə “strateji sabitliyi bərpa etməyə” çalışdığı qeyd olunub.

Chosen
19
3
redaktor.az

4Sources