Yunanıstanda dörd gündür davam edən güclü leysan yağışları ölkə üzrə daşqınlara səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində ölkənin bir çox bölgəsində küçələr su altında qalıb, avtomobillər axınla aparılıb, yaşayış evləri zərər görüb.
Fırtına səbəbilə bir çox bölgədə məktəblər bağlanıb. Xüsusilə adalarda ciddi təsir göstərən daşqınlar Attika, Peloponnes (Mora), Krit, Evbeya (Eğriboz), Rodos, Sporad adaları və Tesaliya bölgəsində güclü hiss olunub.
Fövqəladə hallar xidmətləri su altında qalan yollarda zərərçəkənlərə köməkdə çətinlik çəkir. Hökumət vətəndaşlara “Zirzəmilərdən uzaq durun, məcbur olmadıqca evdən çıxmayın” çağırışı edib.
Meteoroloqların proqnozuna görə, fırtına sabahdan etibarən zəifləyəcək. Mütəxəssislər bildirirlər ki, “kritik saatlar” ərzində Yunanıstan ərazisinə 200-250 ton yağış yağıb.