Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub, nəticədə 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Â
Pravda.az "Teleqraf"a istinadən xəbər verir ki, pelet sobasının istifadə olunduğu məktəbdə kombi sistemi quraşdırılıb.
Â
Bir ilə yaxındır kombi sistemi quraşdırılsa da, bundan istifadə edilməyib. Şirvan-Salyan Regional Təhsil İdarəsindən səbəb kimi hələ məktəbdə qazlaşdırılma prosesinin başa çatmadığı qeyd olunub.
Â
Ancaq o da bəlli olub ki, məktəbin mərkəzləşdirilmiş istixanası mövcuddur.
Â
Müəyyən edilib ki, sözügedən məktəb "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edilib. Həmin dövlət proqramında Aşağı Noxudlu kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub.
Â
Lakin təqdim edilən fotolarda əsaslı təmirdən heç bir əsər-əlamət yoxdur. Layihənin icraçılarından biri də yerli icra hakimiyyəti olub.