EN

Ağ Ev: İqlim gündəmi Avropaya ziyan vurur və ABŞ a təhlükə yaradır

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Biz iqlim dəyişikliyi və sıfır emissiya kimi dağıdıcı ideologiyaları rədd edirik”

ABŞ hesab edir ki, iqlim dəyişikliyi və xalis sıfır tullantılar ölkə üçün təhlükə yaradır və artıq Avropa ölkələrinə zərər vurub. AYNA.AZ xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən dərc edilmiş yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasında qeyd edilib.

Sənəddə deyilir: “Biz Avropaya ciddi ziyan vuran, ABŞ-ı təhdid edən və düşmənlərimizə subsidiya verən “iqlim dəyişikliyi” və “sıfır emissiya” kimi dağıdıcı ideologiyaları rədd edirik”.

Milli Təhlükəsizlik Strategiyasında qeyd edilib ki, ABŞ enerji liderliyini bərpa etmək əsas məqsəddir. O bütün əsas enerji mənbələrindən – neft, qaz, kömür və nüvə enerjisindən istifadənin inkişaf etdirilməsinin və strateji əhəmiyyətli komponentlərin istehsalının ABŞ-a qaytarılmasının zəruriliyini vurğulayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
ayna.az

1Sources