EN

Almaniya parlamenti yeni hərbi xidmət modelini təsdiqləyib

Bakı. Trend:

Almaniya parlamenti ölkədə hərbi xidmətin yeni modeli haqqındaqanunu qəbul edib.

Trend xəbər verirki, parlament üzvlərinin əksəriyyəti müdafiə naziri BorisPistoriusun gənclərin tibbi müayinədən keçməsi və hərbi qeydiyyatınbərpasını nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.

Yeni qaydalara görə, gənclərə fiziki hazırlıqları və Almaniyaordusuna qoşulmağa hazır olduqları barədə məcburi sorğulargöndəriləcək.

Məlumata əsasən, orduda ehtiyac duyulan say tam təmin olunmasa,“ehtiyaclara əsaslanan” çağırış sistemi tətbiq oluna bilər. Buzaman gənclər püşkatma və ya digər mexanizmlər vasitəsiləseçiləcək. Bunun üçün parlament ayrıca səsvermə keçirməlidir. Hərbixidmət müddəti ən azı altı ay olacaq.

Almaniyanın bir sıra şəhərlərində icbari hərbi xidmətintətbiqinə qarşı etiraz aksiyaları təşkil edilib.

Qeyd edək ki, Almaniyada icbari hərbi xidmət 2011-ci iliniyulunda ləğv olunub və bundan sonra ölkə peşəkar ordu sisteminəkeçib.

Chosen
56
az.trend.az

1Sources