Bakının Xətai rayonunun Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən 12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Paralel.az xəbər verir ki bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) məlumat yayıb.
Məlumata görə, dekabrın 7-dən sərnişinlərin xidmətinə veriləcək 18 yeni "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,6 manat müəyyən edilib.
***18:08
Metronun “Ulduz” stansiyasını Yeni Günəşli qəsəbəsi ilə əlaqələndirən 36 nömrəli marşrut üzrə mövcud avtobusların qismən yenilənməsi həyata keçiriləcək.
Paralel.az xəbər verir ki , bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, dekabrın 7-dən marşrutda istismar olunan nəqliyyat vasitələri müasir “İsuzu” markalı avtobuslarla əvəz ediləcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.