EN

3 yaşında FİDE reytinqini qazandı

Hindistandan olan üç yaşlı oğlan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi reytinqini alan tarixdə ən gənc oyunçu olub.

"Unikal" xəbər verir ki, rekordçunun cəmi üç yaş yeddi aylıq olduğu bildirilir. Əvvəlki rekordçu da 3 yaş səkkiz aylıq olub və o da Hindistandan idi.

Rəsmi FİDE reytinqini qazanmaq üçün bağça şagirdi eyni reytinqə malik üç rəqibini məğlub edib. Gənc şahmatçının valideynləri oğullarının qrossmeyster olacağına əmindirlər.

Chosen
89
50
unikal.az

10Sources