EN

ABL: “Sabah” səfərdə, “Quba” evdə qələbə qazandı – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 7-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Quba” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 107:90.

Turun son oyununda çempion “Sabah” “Şəki”nin qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 115:83.

Xatırladaq ki, daha əvvəl “Ordu” “Sərhədçi”ni (100:64), “Gəncə” “Neftçi”ni (80:73), “Abşeron Lions” NTD-ni (102:87), “Naxçıvan” “Lənkəran”ı (82:75) məğlub etmişdi.

7 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir:

A qrupu: Sabah – 16. Abşeron Lions – 15. Gəncə – 10. Şəki – 9. Neftçi – 8. NTD – 8.

B qrupu: Ordu – 16. Naxçıvan – 14. Lənkəran – 11. Quba – 11. Sərhədçi – 10. Sumqayıt – 9.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Chosen
96
23
arena.az

10Sources