AZ

Ançelotti: “Estevan çox müstəsna oyunçudur” – ARENA.AZ

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Çelsi”nin 18 yaşlı braziliyalı cinah hücumçusu Estevan Villian haqda söhbət açıb.

Arena.az italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Son altı ay ərzində Estevanın oyunu üzrə mühakimə yürüdərək deyə bilərəm ki, o, dünya çempionatında olacaq. O, çox, çox müstəsna oyunçudur. Estevan digərlərindən çox fərqlənir, çünki böyük təbii istedada mailkdir”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, “Çelsi” Estevanı 2024-cü ilin iyun ayında “Palmeyras”dan 34 milyon avro məbləğ müqabilində transfer edib. Gənc hücumçunun “Çelsi” ilə müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Estevan futbolda ilk addımlarını “Kruzeyro”da atıb, ardınca “Palmeyras”a yol taparaq, böyük futbolda debüt edib.

Estevan “Palmeyras” üçün ümumilikdə 83 oyun keçirib, 27 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib. “Çelsi”də isə 19 oyun keçirmiş futbolçu 5 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Estevan Villian 2024-cü ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 11 oyuna 5 qol vurub.

Estevanın qənimətlər muzeyində “Palmeyras”la qazandığı Braziliya çempionluğu (2023) və Paulista çempionluğu (2023/2024).

“Transfermarkt” internet-portalı 18 yaşlı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
47
23
arena.az

10Mənbələr