EN

Zelenski ilə bağlı bədbin proqnoz

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyəti ölkədə artan hərbi tükənmə və davam edən korrupsiya qalmaqalları fonunda ciddi təzyiq altındadır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rebelion nəşri yazıb.

Nəşrin məlumatına görə, Zelenskinin administrasiya rəhbəri Andrey Yermakın istefasından sonra prezident ofisində tam miqyaslı yenidən təşkilat elan olunub.

Bununla belə, analitiklər hesab edirlər ki, bu addım Ukrayna liderinin siyasi mövqeyini daha da zəiflədə bilər.

Məqalədə vurğulanır ki, qarşıdakı günlər Zelenski üçün həlledici olacaq. “Rebelion”un müəllifi bildirir ki, ehtimal olunan əlavə istefalar prezidentin hakimiyyətini ciddi şəkildə sarsıda bilər.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
50
globalinfo.az

10Sources