AZ

Zelenski daha bir müavinini İTİRDİ

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisində rəhbər müavininin - Oleq Tatarovun istefaya göndərilməsi barədə qərar qəbul edilib.

Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatlarından biri özünün "Telegram" kanalında məlumat verib.

“Oleq Tatarov Zelenskinin ofisini tərk edir”, - paylaşımda deyilir.

Deputat qeyd edib ki, Zelenskinin ofisi vəziyyəti yumşaltmaq məqsədilə Təhlükəsizlik Xidmətinin rəhbərinə Tatarovun bu qurumda işlə təmin olunması imkanını nəzərdən keçirməyi təklif edib. Lakin onun üçün uyğun vakansiya tapılmayıb.

Paylaşımda verilən məlumata görə, Tatarovun gələcəkdə çalışa biləcəyi ehtimal olunan yer Baş Kəşfiyyat İdarəsidir. Deputat bu məlumatın mənbələrini açıqlamayıb.

Seçilən
10
50
publika.az

10Mənbələr