"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola DÇ-2026-da hansı milli komandanın qələbəsinə sevinəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:
"İngiltərə millisini titul qazanmağa əsas namizədlər arasında görmək istəyərdim. Quru nəzakət xatirinə demirəm, burada uzun müddət yaşamışam və özümü İngiltərənin bir parçası sayıram. Tomas Tuxeli və komandasını dəstəkləyirəm. Onlar DÇ-2026-nın qalibi olsalar, məmnun qalaram".
İspaniyalı mütəxəssisin bu açıqlaması ölkəsində birmənalı qarşılanmayıb. Bəzi azarkeşlər isə sosial şəbəkələrdə Pepi satqınlıqda ittiham ediblər.
Xatırladaq ki, İngiltərə yığması L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq.
Nihat