AZ

"Onlar DÇ-2026-nın qalibi olsalar, məmnun qalaram" - Qvardiola ispan fanatları qıcıqlandırdı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola DÇ-2026-da hansı milli komandanın qələbəsinə sevinəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:

"İngiltərə millisini titul qazanmağa əsas namizədlər arasında görmək istəyərdim. Quru nəzakət xatirinə demirəm, burada uzun müddət yaşamışam və özümü İngiltərənin bir parçası sayıram. Tomas Tuxeli və komandasını dəstəkləyirəm. Onlar DÇ-2026-nın qalibi olsalar, məmnun qalaram".

İspaniyalı mütəxəssisin bu açıqlaması ölkəsində birmənalı qarşılanmayıb. Bəzi azarkeşlər isə sosial şəbəkələrdə Pepi satqınlıqda ittiham ediblər.

Xatırladaq ki, İngiltərə yığması L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq.

Nihat

Seçilən
56
1
fanat.az

2Mənbələr