EN

Türk İnvestisiya Fondu operativ fəaliyyətinə başlayıb

Bakı. Trend:

Türk İnvestisiya Fondunun İdarəçilər Şurası operativ fəaliyyətəbaşlandığını elan edib və layihələrin maliyyələşdirilməsinə 2026-cıilin birinci rübünün sonunadək start veriləcəyini açıqlayıb.

Trend bu barədəfonda istinadən xəbər verir.

Bu qərar fondun yaradılma mərhələsindən maliyyə əməliyyatlarınınhəyata keçirilməsi mərhələsinə keçdiyini göstərir.

Görüş zamanı İdarəçilər Şurası fondun 2024-cü il üzrə illikhesabatını və auditdən keçmiş maliyyə hesabatını təsdiqləyib, Şuraüçün Nizamnaməni qəbul edib və fondun imtiyazlı kreditor statusunutəsdiq edib.

İdarəçilər bildiriblər ki, fondun fəaliyyət göstərməsi üçünzəruri olan institusional strukturun böyük hissəsi bütün tərəflərinəlaqələndirilmiş səyləri nəticəsində 2025-ci ildəformalaşdırılıb.

Hazırda layihə portfelinin formalaşdırılmasına hazırlıq aparılırvə gözlənilir ki, maliyyələşdirmə 2026-cı ilin əvvəlində operativstrukturların işə düşməsi ilə başlayacaq. Fond, eyni zamanda,gələcək birgə maliyyələşdirmə sazişləri üçün baza yaratmaqməqsədilə bir sıra regional və beynəlxalq maliyyə institutları iləilk məsləhətləşmələr keçirib.

İdarəçilər Şurasının sədri vəzifəsinə Özbəkistanın investisiya,sənaye və ticarət naziri Ləziz Kudratov seçilib. Azərbaycaniqtisadiyyat naziri Mikayıl Cabbarov isə sədr müavini seçilib. Həriki şəxs növbəti illik iclasa qədər bu vəzifələri icra edəcək.Şura, həmçinin üçüncü illik iclasın 2026-cı ilin ikinci yarısındaDaşkənddə keçirilməsi imkanını nəzərdən keçirməyə razılaşıb.

Qeyd edək ki, Türk İnvestisiya Fondunun yaradılması barədə qərar11 noyabr 2022-ci ildə keçirilmiş TDT-nin 9-cu sammitində qəbuledilib

Chosen
101
2
az.trend.az

3Sources