Qambiya bayrağı altında üzən "Kairos" tankeri Bolqarıstanın cənubundakı Qara dəniz bölgəsindəki Ahtopol şəhəri yaxınlığında Ukraynanın "Sea Baby" pilotsuz dəniz gəmisinin ehtimal edilən hücumundan sonra batmaq təhlükəsi ilə üzləşib.
Avtosfer.az-ın "maritime.bg"yÉ™ istinadÉ™n verdiyi mÉ™lumata görÉ™, gÉ™minin göyÉ™rtÉ™sindÉ™ 10 nÉ™fÉ™r var vÉ™ onların hÉ™yatı üçün tÉ™hlükÉ™ yoxdur.Â
Vəziyyət Bolqarıstan Dəniz Administrasiyası, Hərbi Dəniz Qüvvələri və sərhəd mühafizəsinin nəzarəti altındadır. Qeyd olunub ki, noyabrın 28-də Türkiyə sularında pilotsuz təyyarə ilə baş verən insidentdən sonra "Kairos" hərəkət qabiliyyətini itirib. Dekabrın 3-də Türkiyə gəmisi onu yedəkləməyə başlayıb, lakin dekabrın 5-də naməlum səbəblərdən yedəkləməni dayandırıb və tankeri Bolqarıstanın ərazi sularında tərk edib.
"Kairos" Bolqarıstan sahillÉ™rindÉ™ tÉ™xminÉ™n bir mil mÉ™safÉ™dÉ™ lövbÉ™r salıb. Hazırda É™razidÉ™ güclü külÉ™klÉ™r müşahidÉ™ olunur.Â
Dəniz Administrasiyasının məlumatına görə, ekipaj evakuasiya tələb edib, bir sərhəd gözətçi qayığı və iki yedək gəmisi kömək etməyə hazırdır. Lakin əlverişsiz hava şəraiti ilə əlaqədar xilasetmə əməliyyatı dekabrın 6-sı səhər saatlarınadək təxirə salınıb. Gəmi gecə boyu müşahidə olunacaq.
Ekipaj üzvlərinin milliyyəti barədə məlumat yoxdur./report