EN

Türkiyədə ağır qəza: 6 ölü, 11 yaralı

Türkiyənin Osmaniyə vilayətinin Bahçe rayonunda sərnişin avtobusu ilə yük avtomobili (TIR) toqquşub.

"Cebheinfo.az" “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılar təcili olaraq yerli xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
112
8
cebheinfo.az

10Sources