AZ

Türkiyədə avtobus yük maşını ilə toqquşub: 6 nəfər ölüb, 11 nəfər yaralanıb

Ankara, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-sı səhər saatlarında Türkiyənin cənubundakı Osmaniyə əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şanlıurfa şəhərindən Adanaya gedən sərnişin avtobusu yük maşını ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, yerli vaxtla təxminən səhər saat 5:00-da baş verən hadisədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Medianın məlumatına görə, zərbə o qədər güclü olub ki, bəzi sərnişinlər oturacaqları arasında qalıb və yalnız xilasedicilər hadisə yerinə gələndən sonra onları xilas etmək mümkün olub. Yaralılar Osmaniyə əyalətindəki müxtəlif xəstəxanalara çatdırılıb.

Qaziantəp şəhəri istiqamətində gedən magistral yolun bir hissəsi müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma başlanılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
93
4
azertag.az

10Mənbələr