Tərtər, 6 dekabr, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Səxavət Axundov saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, S. Axundovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib. Onun üzərindən və yaşadığı ünvandan satış məqsədi ilə əldə etdiyi çəkisi 1 kiloqrama yaxın olan marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S. Axundov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.