AZ

Tərtərdə narkotik vasitə satan şəxs saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Natiq Mustafayev saxlanılıb.

XQ xəbər verir ki, N.Mustafayevin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Seçilən
55
21
xalqqazeti.az

10Mənbələr