EN

Bakıda hotelin qarajında alman maşınları YANDI

Bakının Nizami rayonunda yanğın olub.

Far.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli hotel binasının qarajında BMW markalı minik avtomobilinin salon hissəsi və "Volkswagen" markalı minik avtomobilinin salon hissəsi yanıb.

"Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və hotel binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd edilib.

Chosen
191
35
far.az

10Sources