EN

Trampa görə DÇ-2026-nın favoriti

ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının əsas favoritini açıqlayıb.

Msport.az xəbər verir ki, o, İspaniya yığmasını fərqləndirib.

“İspaniya şübhəsiz ki, favoritlərdəndir. Bu, əla komandadır və həmişə belə olub. Mən İspaniyanın böyük azarkeşiyəm, bu ölkəni sevirəm. Düşünürəm ki, onların mundialda çox yaxşı şansları var”, – deyə Tramp bildirib.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə tarixdə ilk dəfə olaraq 48 yığma mübarizə aparacaq. Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.

Chosen
25
11
msport.az

10Sources