EN

Corcia Meloni Avropanı ABŞ a etibar etməməyə çağırdı

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

İtaliyanın Baş naziri Corgia Meloni Avropa ölkələrini öz təhlükəsizliklərini təmin etməyə və ABŞ-a etibar etməməyə çağırıb. 

Qaynarinfo xəvər verir ki, o, bu bəyanatla La7 televiziya kanalına verdiyi müsahibədə çıxış edib.

Meloni həmçinin qeyd edib ki, ABŞ və Avropa İttifaqı arasında münasibətlər pisləşmir, özünümüdafiə qaçılmaz tarixi bir prosesdir. Siyasətçinin sözlərinə görə, sual hər bir tərəfin öz maraqlarını nə dərəcədə müdafiə etməyə hazır olmasındadır.

"Amerikalılar bu gün öz maraqlarını necə müdafiə edəcəklərinə qərar verirlər, çünki bunu etmək üçün gücləri var. İnanıram ki, Avropa da eyni şeyi etməlidir", deyə Meloni bildirib.

Baş nazir əlavə edib ki, Avropa müdafiəsi öz qiymətini alan və siyasi azadlığı təmin edən bir fürsətə çevrilir. Meloninin sözlərinə görə, Avropa başa düşməlidir ki, yenidən böyük olmaq istəyirsə, müstəqil qərarlar qəbul etməlidir və başqalarından asılı olmamalıdır.

Dekabrın 5-də Ağ Ev ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasını dərc edib. Sənəddə Vaşinqtonun prioritet maraqları Ukraynadakı münaqişənin tez bir zamanda həlli və Rusiya ilə strateji sabitliyin bərpası kimi müəyyən edilir. ABŞ Avropadan öz müdafiəsi üçün məsuliyyət daşımasını tələb edir.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
qaynarinfo.az

1Sources