AZ

Meloni: Hərbi əməliyyatlar totalitar rejimlərə son qoymağın yolu deyil

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

İtaliyanın Baş naziri Giorgia Meloni Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin həbsi ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, xanım Baş nazir Venesueladakı hadisələri lap əvvəldən izlədiyi deyib:

"İtaliya, əsas beynəlxalq tərəfdaşları ilə birlikdə, Maduronun seçkilərdə özünü qalib elan etməsini heç vaxt tanımayıb, rejimin repressiv hərəkətlərini pisləyib və həmişə Venesuela xalqının demokratik dəyişikliklərə olan istəklərini dəstəkləyib".

Meloni həmçinin qeyd edib: "İtaliyanın tarixi mövqeyinə uyğun olaraq, hökumət xarici hərbi əməliyyatların totalitar rejimlərə son qoymaq üçün bir vasitə olmadığını, eyni zamanda öz təhlükəsizliyinə qarşı hibrid hücumlar halında, məsələn, dövlət qurumlarının narkotik kartelləri tərəfindən bəsləndiyi və dəstəkləndiyi hallarda müdafiə müdaxiləsini qanuni hesab edir".

Baş nazir əlavə edib ki, Roma hökumətin mütləq prioriteti olan Venesueladakı italyan icmasının vəziyyətini xüsusi diqqətlə izləməyə davam edir.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
168
28
bakivaxti.az

10Mənbələr