EN

Çin Rusiyaya pivə ixracında lider oldu

Çin 2025-ci ilin ilk doqquz ayında Rusiyaya ən böyük pivə ixracatçısı olub.

Doğru.az xəbər verir ki, RİA Novosti BMT-nin ticarət platforması və milli gömrük məlumatlarına əsaslanaraq, Çinin tədarükünü 1,5 dəfə artırdığını bildirib.

Beləliklə, Çin Rusiyanın pivə idxalında liderliyə yüksələrək Almaniyanı geridə qoyub və üçüncü sıraya salıb.

Məlumata görə, Çexiya Rusiyaya pivə tədarükündə ikinci yeri qoruyub, lakin ixracını azaldaraq 15,6 milyon dollara qədər endirib.

İlk beşlikdə Litva və Latviya da yer alıb. Bu ölkələr Rusiya bazarına müvafiq olaraq 9 milyon və 8,3 milyon dollar həcmində pivə ixrac edib.

DOÄžRU.AZ

Chosen
20
1
dogru.az

2Sources