EN

Misir XİN: Qəzzada sülhməramlılar müvəqqəti olmalıdır

BAKI, 6 dekabr. TELEQRAF

"Sülhməramlı kontingent Qəzzada yalnız müvəqqəti olaraq yerləşdirilməlidir, bundan sonra Fələstin Milli Administrasiyası (PNA) anklavda təhlükəsizliyin təmin edilməsinə cavabdeh olacaq".

Teleqraf xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Abdel Atti Doha Forumunda müzakirələr zamanı bildirib:

"BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinin müddəalarının yerinə yetirilməsi, o cümlədən Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsi kritik əhəmiyyət kəsb edir. Bundan sonra Fələstin Milli Administrasiyası (PNA) Qəzzada fəaliyyətini bərpa etməli olacaq”.

Misirin xarici işlər naziri əlavə edib ki, Qəzza zolağındakı Rəfah keçidi "Misir tərəfindən bağlanmayıb; onun fəaliyyətinə Fələstin tərəfinə girişi əngəlləyən İsrail tərəfi mane olur".

O vurğulayıb ki, Qahirə keçidin "fələstinlilərin öz ərazilərindən çıxarılması üçün tranzit məntəqəsinə" çevrilməsini qəbul etmir. Keçid həm Qəzzadan çıxış, həm də anklava giriş üçün fəaliyyət göstərməlidir.

Chosen
89
1
teleqraf.com

2Sources