Millimiz Avropa çempionatına 20 boksçu ilə qatılacaq
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, doqquz gün davam edəcək yarışa Azərbaycan millisi 20 idmançı ilə qatılacaq. Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov Keinbaumda Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Ayxan Həsənov (50 kq), Əli Abaslı (52 kq), İbrahim Bədəlli (54 kq), Raul Heydərli (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) güvənəcək.