AZ

Azərbaycan millisi Avropa çempionatına 20 boksçu ilə qatılacaq

Bakı. Trend:

Dekabrın 10-da Almaniyanın Keinbaum şəhərində yeniyetmə oğlan vəqız boksçular arasında U-17 Avropa çempionatına startveriləcək.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, doqquz gün davam edəcək yarışa Azərbaycan millisi20 idmançı ilə qatılacaq.

Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla TeymurMəmmədov Keinbaumda Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq),Ayxan Həsənov (50 kq), Əli Abaslı (52 kq), İbrahim Bədəlli (54 kq),Raul Heydərli (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Şükar Əliyev(75 kq), İsmayıl Vəliyev (80 kq) və Səfdər Məmmədzadəyə (+80 kq)güvənəcək.

Baş məşqçi İlkin Ağayev Avropa çempionatında Aysel Fərəcova (46kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Zəhra Məmmədova(52 kq), Cəmilə Muradlı (54 kq), Fidan Bakarova (63 kq) və SəmaAbbasovaya (66 kq) şans verəcək.

Beynəlxalq dərəcəli hakim Anar Babanlı isə ədalət təmsilçilərisırasında yer alacaq.

Qeyd edək ki, Avropa çempionatında 29 ölkə iştirakınıtəsdiqləyib.

Seçilən
67
21
az.trend.az

10Mənbələr