EN

AFFA və UFA arasında U20 dünya çempionatına hazırlıq müzakirə olunub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan zaman Özbəkistan Futbol Assosiasiyasının (UFA) vitse-prezidenti Ravşan İrmatovla görüşüb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının təşkili və keçirilməsi ilə bağlı müxtəlif məsələlər, eləcə də assosiasiyalar arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi müzakirə olunub.

“Qarabağ”ın əvəzediciləri 3 xalı 2 qolla qazandı

Əvəzedicilər liqası: XIII turun təyinatları

"Napoli"nin futbolçusu "Yuventus"la oyunu buraxacaq

Leroy Mikels ən yaxşı qolun müəllifi seçilib

Arif Əsədov: "Araz-Naxçıvan"ın nəticəsi gözlənilməz idi"

Chosen
43
13
apasport.az

10Sources