AZ

AFFA və UFA arasında U-20-lərin dünya çempionatına hazırlıqları müzakirə olundu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf DÇ-2026-nın püşkatma mərasimində iştirak etmək üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan zaman Özbəkistan Futbol Assosiasiyasının (UFA) vitse-prezidenti Ravşan İrmatovla görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Görüş zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının təşkili və keçirilməsi ilə bağlı müxtəlif məsələlər, eləcə də assosiasiyalar arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi müzakirə olunub.


Telegram kanalımız
Seçilən
8
13
yenisabah.az

10Mənbələr