EN

Beyləqanda ağır qəza – Ölən və yaralananlar var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında aşıb.

Qəza nəticəsində  Məmmədov Nizami Zahid oğlu ölüb, Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər  oğlu isə ağır xəsarət alıb.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1968-ci il təvəllüdlü və 1972-ci il təvəllüdlü şəxslərə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Chosen
14
5
heftelik.az

10Sources