Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.
06.12.2025-ci il tarixdə saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 1968-ci il təvəllüdlü və 1972-ci il təvəllüdlü şəxslərə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
21:19
Beyləqanda baş verən qəza zamanı ölən və yaralananların kimliyi məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı Məmmədov Nizami Zahid oğlu dünyasını dəyişib.
Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu isə ağır xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
20:34
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında aşıb.
Hadisə nəticəsində bir nəfər ölüb iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.