EN

Tramp DÇ-2026-nın favoritini açıqladı

ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının əsas favoritini açıqlayıb. 

Tribuna  sport.es-ə istinadla xəbər verir ki,

“İspaniya şübhəsiz ki, favoritlərdəndir. Bu, əla komandadır və həmişə belə olub. Mən İspaniyanın böyük azarkeşiyəm, bu ölkəni sevirəm. Düşünürəm ki, onların mundialda çox yaxşı şansları var”, – Tramp deyib.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə tarixdə ilk dəfə olaraq 48 yığma mübarizə aparacaq. Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.

Chosen
23
12
tribunainfo.az

10Sources