EN

Prezident devrildi – Hərbçilər hakimiyyəti ələ keçirdilər


Hərbçilər Benində prezident Patris Talonu devirərək hakimiyyəti ələ keçiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “La Nouvell Tribune” xəbər portalı Benin Dövlət Yayım Korporasiyasında oxunan bəyanata istinadən məlumat yayıb.

Bildirilib ki, polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi hərbi komitə ölkədə bütün hakimiyyəti nəzarətə götürüb.
“Ordu bütün dövlət orqanlarının buraxıldığını elan edib. Talonun harada olduğu bilinmir”, - portalın məlumatında deyilir.
Qeyd edək ki, dövlət çevrilişi Benində 2026-cı il aprelin 12-nə təyin edilmiş prezident seçkilərinə hazırlıq fonunda baş verib. Konstitusiya Məhkəməsi hazırkı hökumətin tərkibində olan iki namizədi təsdiqləyib. Müxalifət liderlərinə seçkilərə qatılmaq qadağan edilib. İki dəfə qalib olmuş Talon isə yenidən seçilmək hüququna malik deyil.


Chosen
70
nuh.az

1Sources