EN

Merts: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək

Almaniya həmişə İsrailin mövcud olmaq hüququnu və təhlükəsizliyini müdafiə edəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts “Yad Vaşem” xatirə kompleksini ziyarət edərkən qonaqlar kitabına yazıb.

“Almanların yəhudi xalqına qarşı törətdiyi dəhşətli Holokost cinayətini yadda saxlayacağıq”, – o qeyd edib.

“Almaniya İsrailin mövcudluğunu və təhlükəsizliyini müdafiə etməlidir. Bu, münasibətlərimizin davamlı təməlidir və əbədi olaraq belə davam edəcək”, – kansler yazıb.

Chosen
73
4
nocomment.az

6Sources