EN

Pentaqon rəhbəri: ABŞ xarici siyasətdə “utopik idealizmdən” imtina edir...

Heqset bildirib ki, utopik idealizm dövrü başa çatdı, indi ayıq realizm zamanı gəlir...

Poliqon xəbər verir ki, ABŞ müharibə naziri Pit Heqset Vaşinqtonun xarici siyasətində kəskin kurs dəyişikliklərinin baş verdiyini bəyan edib. Pentaqon rəhbəri Ronald Reyqan adına milli müdafiə forumunda çıxışı zamanı bildirib ki, ABŞ artıq “utopik idealizmin” diktə etdiyi xarici siyasətdən uzaqlaşır və daha praqmatik, realizmə əsaslanan yanaşmaya keçir.

Heqset vurğulayıb ki, yeni yanaşma yalnız ABŞ-nin deyil, “bütün dünyanın xeyrinə” olacaq.

“Daxil olduğumuz mərhələ realizm tələb edir. Deyirik: utopik idealizmə son, ayıq realizmə yaşasın!”, deyə Pentaqon rəhbəri vurğulayıb

Nazirin açıqlaması 5 dekabrda Ağ Evin ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasını dərc etməsindən sonra gəlib. Sənəddə Vaşinqtonun prioritetləri arasında Ukrayna münaqişəsinin mümkün qədər tez həll edilməsi və Rusiya ilə strateji sabitliyin bərpası yer alır. ABŞ administrasiyası Avropadan öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət götürməsini tələb edir.

Yeni strategiyada Moskva artıq əvvəlki kimi “qlobal düzənə təhdid” hesab edilmir. Bundan başqa, sənəddə qeyd edilir ki, Vaşinqton NATO-nun “sonsuz genişlənən alyans” kimi qəbul edilməsinin qarşısını almağa çalışacaq.

Analitiklərin fikrincə, Hegsetin bəyanatı administrasiyanın dünya siyasətində daha ölçülü-biçili, risklərə hesablanmış kursa keçidinin növbəti təsdiqidir. ABŞ-ın Avropadan gözləntilərinin artırılması, Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması və təhlükəsizlik yükünün bölüşdürülməsi gələn illərdə Vaşinqtonun əsas prioritetləri olacaq.

Poliqon.info

Chosen
30
poliqon.info

1Sources