Bu gün Azərbaycan Premyer Liqasının XIV turunda daha iki oyun keçiriləcək.
Moderator.az xəbər verir ki, əvvəlcə “Qəbələ” doğma meydanında “Turan Tovuz”la qarşılaşacaq.
Baş hakim Tural Qurbanova həvalə olunan görüş saat 17:00-da start götürəcək.
Günün digər matçında isə “Neftçi” “Bank Respublika Arena”da “Sabah”ın qonağı olacaq.
Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma saat 20:00-da başlanacaq.
Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
8 dekabr
17:00. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu
20:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”.