Günəşdə X sinifinə aid güclü partlayış qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS İnstitutun tətbiqi geofizika məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, X2.1 sinifli və 15 dəqiqə davam edən partlayış 8 dekabr saat 08:01-də Moskva vaxtı ilə 4298 nömrəli günəş ləkələri qrupunda baş verib.
Bununla yanaşı, gecə saatlarında M sinifinə aid iki partlayış - M2.5 və M2.1 də qeydə alınıb.
Alimlər daha əvvəl xəbərdarlıq ediblər ki, 9-10 dekabr tarixlərində Yerə M8.1 sinifli partlayışdan sonra yaranmış plazma kütləsinin çatması nəticəsində G2-G3 səviyyəli güclü maqnit qasırğaları gözlənilir.
Nuriyyə NATİQQIZI
Â