EN

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində Baş Prokurorluğun və Bakı Hərbi Prokurorluğun əməkdaşlarının iştirakı ilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirilmişdir.

Məktəbin müəllim heyəti, eləcə də kursantların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dahi Öndər Heydər Əliyevinşəhidlərin əziz xatirəsi yad edilmiş, Heydər Əliyev muzeyi ziyarət olunmuşdur.

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı, digər qanunlar və normativ hüquqi aktlardan geniş danışılmışdır. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda qonaqlar Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin inzibati binası – idman zalı, yeməkxana, yataqxana, dərs otaqları, tədris korpusu ilə yaxından tanış olmuş, xatirə fotoşəkli çəkdirmişlər. 



Chosen
18
6
azia.az

7Sources