EN

Dövlətə xəyanət edən siyasi partiya dərhal bağlanmalıdır



"Siyasi partiyanın mahiyyəti, fəaliyyəti dövlətin siyasi dayaqlarının möhkəmlənməsinə yönəlməlidir. Əgər bir siyasi partiya sədri belə ağır ittihamla şübhəli bilinərək saxlanılırsa və dövlətə xəyanət maddəsi ilə düşmənçilik siyasəti tutan bir şəxslə gizli əlaqələrdə ittiham olunursa, şəxsi mövqeyim ondan ibarətdir ki, belə siyasi partiya dərhal bağlanmalıdır. Bu mənim vətəndaş mövqeyimdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov dövlətə xəyanətdə ittiham olunan keçmiş PA rəhbəri Ramiz Mehdiyevlə AXCP-nin işbirliyi fonunda bu partiyanın ləğvi mümkünlüyündən danışarkən deyib. Mərkəz rəhbəri qeyd edib ki, biz hüquqi demokratik dünyəvi bir ölkədə yaşayırıq ona görə bu ağır ittihamlar hüquqi yolla sübutlarla təsdiq olunmalıdır:

"Məhkəmə qərarları ilə bu proseslər həyata keçməlidir. Biz öz dövlətimizə, bu prosesi aparan dövlət qurumuna inam və etimadımızın yüksək olduğuna görə dövlət təhlükəsizliyinə təhdid, xarici ölkələrin maraqları üçün təşkilatlanmış şəkildə çalışan istənilən bir siyasi qüvvənin ədalətli və sərt şəkildə cəzalandırılmasını xahiş etmişik. Ona görə dövlətə xəyanət edən siyasi partiya dərhal bağlanmalıdır".
Chosen
31
1
newscenter.az

2Sources