EN

Xalq yazıçısı Anar Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsini təklif edib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

"İçərişəhərdə Milli Ensiklopediyanın keçmiş binasının birinci mərtəbəsi restoran kimi fəaliyyət göstərir. Binanın qarşısında Həsən bəy Zərdabinin heykəli var".

APA xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

"İndi heykəl restoranın qapıçısı kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqoji Universitetin bağına köçürülsün”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
9
apa.az

10Sources