“İçərişəhərdə yerləşən ensiklopediyanın birinci mərtəbəsini restoran ediblər. Binanın qarşısında Həsən bəy Zərdabinin heykəli var”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.
AYB sədri bildirib: “İndi heykəl restoranın qapıçısı kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqaoji Universitetin bağına köçürülsün”.