EN

“Qarabağ” – “Ayaks” matçı Obrenoviçə tapşırıldı – ARENA.AZ

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyununun təyinatları bəlli olub.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona yan xətt hakimləri Yure Praprotnik və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yuq, AVAR-da Alen Borosak əyləşəcək.

Xatırladaq ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

Yeri gəlmişkən, “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcəyi matçın da hakim təyinatları bəlli olub. Bu görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Marton Ruş olacaq. Gerqo Viq-Tarsonyi və Balaz Şalay köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.

Qarşılaşma dekabrın 10-da “Azərsun Arena”da baş tutacaq. Oyuna saat 15:00-da start veriləcək.

Chosen
33
8
arena.az

10Sources