EN

ABŞ Konqresi rekord həddə 901 milyard dollarlıq hərbi xərclər təklif edib

ain.az bildirir, Operativ MM portalına istinadən.

ABŞ Konqresi 2026-cı maliyyə ili üçün 901 milyard dollarlıq rekord hərbi büdcə layihəsini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yeni layihə Prezident Donald Trampın 892,6 milyard dollarlıq tələbini təxminən 8 milyard dollar üstələyir.

Büdcə Pentaqonla yanaşı digər müdafiə və təhlükəsizlik qurumlarının maliyyələşdirilməsini də əhatə edir.

Sənədlərə əsasən, ilkin olaraq Nümayəndələr Palatası administrasiyanın təklif etdiyi məbləği dəstəkləyib, Senat isə büdcənin 925 milyard dollara qədər artırılmasını təklif edib. Danışıqlardan sonra tərəflər kompromis variantda razılaşıblar.

Qeyd edək ki, 30 sentyabrda başa çatan 2025-ci maliyyə ili üçün ABŞ hərbi büdcəsi 884 milyard dollar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
1
operativmm.az

2Sources